İkinci Dünya müharibəsində açılan ilk atəşin nadir fotoları yayılıb.

Teleqraf.com xəbər verir ki, dünya müharibəsinin ilk atəşi adlandırılan fotolar Britaniyada auksiona çıxarılıb.

Alman fotoqraflarının 1 sentyabr 1939-cu ildə gəmidən çəkdikləri fotolarda Dansiq sahillərinin bombalanması və Polşa hərbi gəmilərinə hücum təsvir edilib.

Fotolar məşhur alman eskadrası “Şlezviq-Qolşteyn”dən çəkilib.