BAKI, 22 noyabr. TELEQRAF
Avropa ölkələri bir sıra əsas hərbi sahələrdə, xüsusilə də hava hücumundan müdafiə (HHM) sistemləri üzrə hələ də ABŞ-dən asılıdır.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın sabiq müdafiə naziri Anneqret Kramp-Karrenbauer "Der Spiegel" jurnalına müsahibəsində bildirib.
O, ABŞ-nin tam əvəzlənməsindən söhbət getmədiyini, lakin Avropanın öz təhlükəsizliyini təmin etməkdə daha müstəqil olmalı olduğunu vurğulayıb.
Almaniya Silahlı Qüvvələrinin yenidən silahlanmasına ayrılan vəsaitlərə toxunan A.Kramp-Karrenbauer büdcənin səmərəsiz idarə olunacağı təqdirdə daha yüksək qiymətlər ödəmək riskinin yarana biləcəyini qeyd edib.