Hindistan qadın-pilotların sayına görə dünyada birinci yerdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatında qeyd olunur.

Bildirilir ki, dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir. Bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.

Maraqlıdır ki, 2012-ci ildə Hindistan gender bərabərliyi baxımından böyük iyirmiliyin ən pis ölkəsi elan olunmuşdur.

Hazırda Hindistanın aviasiya bazarı dünyanın ən sürətlə inkişaf edən bazarlarındandır və ölkədə aviaşirkətlər pilot qıtlığı ilə üzləşirlər.