Argentinada qadın polis küçədən tapılan kimsəsiz və ac körpəni öz südü ilə qidalandırıb.

Yenicə ana olmuş Celeste Ayala adlı polis küçədən tapılan 8 aylıq körpəyə ac qalmaması üçün süd verib.

Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Dünyanın müxtəlif yerlərindən polis qadına xoş mesajlar göndərilib.