BAKI, 11 sentyabr. TELEQRAF

“Brent” markalı neftin qiyməti Londonun ICE birjasında mayın 21-dən bəri ilk dəfə bir barel üçün 109 dolları keçib.

Teleqraf xəbər verir ki, sentyabrın 10-da noyabr fyuçerslərinin qiyməti 1,33 faiz artaraq 109,06 dollara çatıb.

Sentyabrın 11-i isə artım tempi zəifləyib və “Brent”in qiyməti 1,1 faiz yüksəlişlə 108,81 dollar təşkil edib.