BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində limanda dayanmış barjada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki yanğınsöndürən xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Staten-Aylenddə baş verib. Partlayış nəticəsində barjadakı yük konteynerlərindən birində yanğın başlayıb.
Hadisə nəticəsində bir nəfər həyatını itirib, iki yanğınsöndürən isə yüngül xəsarətlər alıb.
Yanğınsöndürənlər alovun tam söndürüldüyünü bildiriblər.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.