BAKI, 11 sentyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda keçirilən “Mançester Yunayted” – “Sabah” matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf xəbər verir ki, UEFA-nın qərarına əsasən, görüşün ən yaxşı oyunçusu “Mançester Yunayted”in müdafiəçisi Patrik Dorqu seçilib.

22 yaşlı danimarkalı futbolçu qarşılaşmaya start heyətində başlayıb və 72-ci dəqiqədə Harri Amassla əvəzlənib.

Dorqu komandasının ilk qolunda da məhsuldar ötürmə ilə yadda qalıb. 27-ci dəqiqədə onun ötürməsindən sonra Mateus Kunya hesabı açıb.

Qeyd edək ki, “Mançester Yunayted” “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.