BAKI, 11 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Teleqraf xəbər verir ki, turun açılış günündə “İmişli” “Neftçi” ilə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Kamranbəy Rəhimov olacaq. Dörd turdan sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” 9 xalla turnir cədvəlinin lideri, Fərid Namazovun baş məşqçisi olduğu “İmişli” isə 4 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.
Azərbaycan Premyer Liqası
V tur
11 sentyabr
16:30. “İmişli” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları sentyabrın 12, 13 və 14 tarixlərində keçiriləcək.