BAKI, 9 sentyabr. TELEQRAF

Xəzər dənizinin dibinin dərinləşdirilməsi ilə bağlı Bakı Limanı tərəfindən beynəlxalq tender elan edilib. Tender dəniz dibinin əsaslı şəkildə dərinləşdirilməsini nəzərdə tutur və prosesdə 10-a qədər beynəlxalq təşkilat iştirak edir.

Bu barədə Teleqraf-a açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.

Onun sözlərinə görə, dərinləşdirmə işləri Xəzər dənizində üzən və digər hövzələrdən cəlb olunacaq xüsusi gəmilər vasitəsilə həyata keçiriləcək:

“Hazırda Azərbaycanda bu qəbildən olan dərinləşdirmə texnikası yoxdur. Tender prosesi artıq yekun mərhələdədir. Yaxın günlərdə müqavilənin imzalanması, ilin sonuna qədər isə dəniz dibinin dərinləşdirilməsi işlərinə başlanılması planlaşdırılır. Düşünürəm ki, proses noyabrın sonu, dekabrın əvvəllərində başlanmalıdır”.