BAKI, 11 sentyabr. TELEQRAF
Oman sahilləri yaxınlığında iki gəmi hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatları Mərkəzinə (UKMTO) istinadən məlumat yayıb.
Bildirilib ki, Oman sahillərində yerləşən Xəsəb şəhərindən dörd dəniz mili qərbdə iki gəmi naməlum mənşəli dörd mərminin zərbəsinə məruz qalıb.
Hücum nəticəsində gəmilərdən birində yanğın baş verib.
UKMTO ikinci gəminin vəziyyəti ilə bağlı hələlik məlumatının olmadığını açıqlayıb.