BAKI, 9 sentyabr. TELEQRAF
Orta Dəhliz boyunca — Qazaxıstan, Azərbaycan və Gürcüstan istiqamətlərində hərəkət heyətinin sayı artırılmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində liman rəhbərlərinin konfransında Bakı Limanı direktorunun məsləhətçisi Xudayar Həsənli deyib.
O qeyd edib ki, dəmir yolu sahəsində bütün dəhliz boyunca hərəkət heyətinin sayının kifayət qədər olmaması və səmərəsizliyi, eyni zamanda marşrut üzrə gecikmələr əsas problemlərdir:
“Lakin söhbət yalnız hərəkət heyətinin artırılmasından getmir. Qatarların dövriyyə cədvəlini də yaratmalıyıq".