BAKI, 9 sentyabr. TELEQRAF
Hədəfimiz 2026-cı ildə 123 min və daha çox konteyner aşırmaqdır.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, limanda 2025-ci ildə 2024-cü illə müqayisədə konteyner aşırmasında 40%-ə qədər artım olub:
" 2024-cü ildə konteyner TEU ifadəsində əgər 76.000 idisə, 2025-ci ildə 40% artaraq 107.000-ə çatdırılıb.
Cari ilin 8 ayında Bakı Limanında 85.000 ədəd TEU ifadəsində konteyner aşırılıb ki, bu da əvvəlki dövrlə müqayisədə 22% çoxdur. Eyni zamanda quru yük aşırmasında da kifayət qədər ciddi nailiyyətlər əldə olunub. Cari ilin 8 ayını 2025-ci ilin eyni dövrü ilə müqayisə eləsək, Bakı Limanında 1,6 milyon ton quru yük aşırılıb. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 80% artım deməkdir.
Bütün istiqamətlərdə inkişaf müşahidə olunur. O cümlədən limanın texniki potensialının, yükaşırma avadanlıqlarının, imkanlarının artırılması, əməliyyat səmərəliliyi, beynəlxalq əlaqələrin inkişafı, o cümlədən dəhlizə yeni yüklərin cəlb olunması istiqamətində fəaliyyətimiz uğurla davam edir”.