BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycanda on minlərlə istismarsız quyu var və bəzilərinin qeyri-kafi şəkildə bağlandığını və atıldığını düşünürük.

Teleqraf xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın üçüncü günündə "Təsir Dialoqu: Bak Davamlı Biznes Assambleyası" adlı tədbirdə çıxışında deyib.

O deyib ki, bu, Xəzərdə Sovet dövründən qalma pis miraslardan biri adlandırılır.

"Səhv etmirəmsə, 2023 və ya 2024-cü ildə BMT-nin hesabatında qeyd olunurdu ki, dünyada təxminən 29 milyon istismarsız quyu var. Onların neçəsinin neft sızdırdığını heç kim dəqiq bilmir", - o vurğulayıb.