BAKI, 10 sentyabr. TELEQRAF
2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiya məbləği 600 milyard dollara çatmalıdır.
Teleqraf verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “İqlim dözümlülüyü, innovasiya və enerji keçidlərinin təşviqində davamlı enerji mərkəzlərinin rolu" mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, enerji keçidi davam edir və ölkələr bərpa olunan enerjinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, elektrik şəbəkələrinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atmalıdır:
“2030-cu ilədək yalnız elektrik şəbəkələrinə illik investisiyanın təxminən 400 milyard dollardan 600 milyard dollara yüksəldilməsinə ehtiyac olacaq.
Bununla yanaşı, enerji keçidinin enerji təhlükəsizliyi, əlçatanlıq və münasib qiymət prinsipləri qorunmaqla həyata keçirilməsi vacibdir”.