BAKI, 11 sentyabr. TELEQRAF
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.
Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.27% dəyər itirərək 2.8264 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.50% azalaraq 81.63 avroya bərabər olub.