BAKI, 11 sentyabr. TELEQRAF

Kanada hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahısına daha səkkiz fiziki şəxsi daxil edib.

Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Sanksiya tətbiq olunan şəxslər arasında Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyinin rəhbəri Qriqori Qurov və fövqəladə hallar naziri Aleksandr Kurenkov da var.

Siyahıya, həmçinin İtkin düşmüş və zərər çəkmiş uşaqlara yardım üzrə Milli Mərkəzin Himayəçilər Şurasının sədri Yelena Milskaya, “Birincilər Hərəkatı”nın İdarə Heyətinin sədri Artur Orlov, Denis Çernobay, Vladimir Xromov, Aleksandra Kulqina və Vitali Suk daxil edilib.

Kanada tərəfinin məlumatına görə, yeni məhdudiyyətlər Ukraynadakı müharibə və uşaqların qanunsuz deportasiyası ilə bağlı tətbiq olunub.

Bəyanatda qeyd edilib ki, sanksiyalar sentyabrın 4-dən qüvvəyə minib və sentyabrın 10-da rəsmən elan olunub.