BAKI, 29 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 8 milyard 160,4 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 281,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 89,2 faizini təşkil edib.