MİNGƏÇEVİR, 5 noyabr. TELEQRAF
Mingəçevirdə zəncirvari yol qəzası olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə N.Nərimanov küçəsində baş verib.
Üçü "Mercedes", biri isə BYD markalı minik maşını olmaqla 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası olub.
Hadisə zamanı maşınlar zərər görüb və yolda nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət yaranıb.
Faktla bağlı araşdırma aparılır.