BAKI, 5 noyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio aralıq seşkilərindəki uğursuzluq və 2028-ci ildə keçiriləcək prezident seçkilərində naçizəd kimi mümkün iştirak səbəbindən istefa verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Rubio Respublikaçılar Partiyasının ABŞ Konqresinə aralıq seçkilərdə məğlub olduğu üçün vəzifəsindən gedə bilər.

Qəzet yazır ki, Rubionun ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrandakı müharibədən uzaqlaşdırılması müzakirə olunur. Bu, onun respublikaçılardan prezidentliyə namizəd olmaq uğrunda vitse-prezident Ceyms Devid Venslə mübarizədə şanslarını artıra bilər.