BAKI, 27 may. TELEQRAF

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, “Map AYNA” sistemi “ayna.gov.az” internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır.

Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə, həmçinin, dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görmə imkanı əldə edirlər.

Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.