BAKI, 19 dekabr. TELEQRAF

İsveçrədə məhkəmə Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən şəxsə 1 il 6 ay şərti cəza verib.

Teleqraf xəbər verir ki, RTS telekanalının məlumatına görə, İsveçrə məhkəməsi Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş 49 yaşlı şəxsi xarici ordunun tərkibində xidmət etməkdə təqsirli bilib.

Bildirilir ki, sözügedən şəxs ən azı bir il müddətində xarici silahlı qüvvələrin tərkibində xidmət edib. Məhkəmənin qərarı ilə o, 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu, İsveçrə Konfederasiyasında bu qəbildən olan ilk məhkəmə hökmü kimi qiymətləndirilir.