BAKI, 19 dekabr. TELEQRAF
"TikTok" sosial şəbəkəsi ABŞ-dəki bölməsinin satışı ilə bağlı amerikalı investorlar qrupu ilə razılaşma əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin daxili sənədinə istinadla "Axios" portalı məlumat yayıb.
Məlumata görə, sövdələşmənin 22 yanvar 2026-cı ilədək tamamlanması planlaşdırılır. Razılaşmanın şərtlərinə əsasən, "Oracle", "Silver Lake" və Əbu-Dabidə yerləşən "MGX" şirkətləri "TikTok"un ABŞ-dəki törəmə strukturunun ümumilikdə 45% payına sahib olacaq. Daha 20% pay ana şirkət "ByteDance"ə məxsus olacaq, səhmlərin təxminən üçdə biri isə onunla əlaqəli investorlara veriləcək.
Xatırladaq ki, Donald Tramp 5 sentyabrda "TikTok"un ABŞ-də fəaliyyətinin Amerika biznesinin nəzarətinə keçməsini nəzərdə tutan sövdələşməni təsdiqləyən sərəncam imzalamışdı. Sənədə əsasən, yeni strukturda nəzarət paketi ABŞ vətəndaşlarına məxsus olacaq, "ByteDance"in payı isə 20%-dən az olacaq.