BAKI, 19 dekabr. TELEQRAF
Avropa İttifaqı sammiti Rusiyaya qarşı tətbiq edilmiş bütün sanksiyaların müddətini altı ay, 31 iyul 2026-cı ilədək uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Aİ sammitinin ilk gününün yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Rusiyaya qarşı sanksiyaların uzadılması barədə qərar qəbul etdik”, - deyə Koşta vurğulayıb.
Qeyd olunub ki, indiyədək qəbul edilmiş 19 sanksiya paketi eyni vaxtda, hər altı aydan bir, 31 yanvar və 31 iyul tarixlərinədək avtomatik şəkildə uzadılır.