BAKI, 17 dekabr. TELEQRAF

Maliyyə Nazirliyi sabah Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edəcək.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, hərracda istiqrazların nominal dəyəri 100 manat, ümumi həcmi isə 50 milyon manat (500 min ədəd istiqraz) təşkil edir.

İstiqrazların kupon dərəcəsi 6,5% olaraq müəyyən edilib. Tədavül müddəti 720 gündür və kupon ödənişləri 2026-cı ilin 30 mart və 30 sentyabr, həmçinin 2027-ci il 30 mart və 30 sentyabr tarixlərində həyata keçiriləcək. Əsas məbləğin ödəniş tarixi isə 2027-ci il 30 sentyabr olaraq planlaşdırılıb.