BAKI, 19 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampı Rusiya neftini daşıyan gəmiləri ələ keçirməyə çağıran qətnamə Senata təqdim edilib.

Teleqraf xəbər verir ki, sənəddə Tramp administrasiyasına sanksiya altında olan Rusiya neftini daşıyan gəmilərə əl qoyulması çağırışı edilib.

Layihə respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanıb. Sənədi demokrat senator Riçard Blumental dəstəkləyib .

Layihə baxılması üçün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.