Avstraliya hökuməti Sidney şəhərində baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnmiş terror aktının qurbanlarının xatirəsinə 21 dekabr tarixini matəm günü elan edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albanize bildirib.
Baş nazir vətəndaşları bazar günü terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Onun sözlərinə görə, həmin gün Yeni Cənubi Uels ştatında və ölkə üzrə bütün hökumət binalarında bayraqlar endiriləcək.
Albanize əlavə edib ki, avstraliyalılara 18:47-də (terror hadisəsindən düz bir həftə sonra) şam yandırmaq tövsiyə olunur. Bu addım ailə üzvləri və yaxınlarla birlikdə qurbanların xatirəsinə səssiz anım jesti kimi nəzərdə tutulur.