BAKI, 17 dekabr. TELEQRAF
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 3 torpaq sahəsi və 1 qeyri-yaşayış binası hərraca çıxarılır.
Teleqraf xəbər verir ki, qeyri-yaşayış binası Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Ümumi sahəsi 9 201,90 olan obyektin hərracda ilkin satış qiyməti 4 milyon manat müəyyən edilib. Hərracda sözügedən qeyri-yaşayış binası üzrə 20 min manat beh tələb olunur.
Əlavə olaraq, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən torpaq sahələrindən 29,8 hektarlıq torpaq sahəsi 23 590 manat, 7,3 hektarlıq sahə 5 785 manat, 7,1 hektarlıq sahə isə 5 625 manat start qiymətlə satışa çıxarılacaq.
Qeyd edək ki, hərrac yanvarın 15-də saat 11:00-da baş tutacaq.