QAZAX, 19 dekabr. TELEQRAF

Azərbaycandan Ermənistana neft məhsulları ilə yüklənmiş qatar Böyük Kəsik stansiyasına çatıb və oradan Gürcüstana yola salınıb.

Bu barədə Teleqraf-ın Qərb bürosu xəbər verir.

Qeyd edək ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.