BAKI, 19 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin işlədiyi zaman vaxtın necə keçdiyini hiss etmir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Putin işləyərkən vaxtı hiss etmir”, – deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti həm gündüz, həm də gecə saatlarında, hətta səhərə qədər çalışa bilir. Peskov qeyd edib ki, mühüm müşavirələr zamanı Putin bəzən altı saat yarımdan artıq fasiləsiz işləyir.

Xatırladaq ki, daha əvvəl Dmitri Peskov Vladimir Putinin canlı yayıma əvvəlcədən ciddi şəkildə hazırlaşdığını, efir öncəsi günlərin isə onun üçün xüsusilə gərgin keçdiyini bildirib.