BAKI, 19 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp övladlarına alkoqol və narkotik maddələrdən istifadə etməyi qadağan etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Uşaqlarıma hər zaman demişəm: narkotik qəbul etməyin, içki içməyin, siqaret çəkməyin. Sadəcə narkotiklərdən uzaq durun”, -deyə Tramp bildirib.
ABŞ prezidenti öz sağlamlıq vəziyyəti ilə bağlı da fikirlərini bölüşüb. O, dekabrın əvvəlində özünü çox yaxşı hiss etdiyini söyləyib. Tramp, həmçinin hazırda 25 il əvvəlkindən daha iti düşündüyünü vurğulayıb.