BAKI, 19 dekabr. TELEQRAF

ABŞ-də fəal qadın maliyyə naziri Skott Bessenti restoranda təhqir edib.

Teleqraf xəbər verir ki, "Codepink" təşkilatının üzvü olan fəal Vaşinqtondakı restoranların birində şam edən ABŞ-nin maliyyə naziri Skott Bessenti yüksək səslə təhqir edib. Hadisənin videosu təşkilatın özü tərəfindən yayımlanıb.

Fəal qadın naziri təhqir etməklə yanaşı bunları deyib: “ABŞ-nin maliyyə naziri Skott Bessentin şərəfinə tost qaldırıram. O, rahat şəkildə yemək yeyir, halbuki onun sanksiyaları ucbatından dünyada insanlar aclıq çəkir”.

Məlumata görə, Skott Bessent qadına cavab olaraq onun bu mövzuda nə qədər məlumatsız olduğunu söyləyib. Daha sonra isə yerindən qalxaraq restoranın personalına yaxınlaşıb.

Qeyd edək ki, daha əvvəl Skott Bessent Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları uğursuz adlandırmışdı.