BAKI, 17 dekabr. TELEQRAF
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunun portfelinin "Bakı Gəmiqayırma Zavodu" MMC-yə (BGZ) ötürülməsinə qərar verilib.
Teleqraf ASCO-ya istinadən xəbər verir ki, qərar köhnə gəmilərin istismardan çıxarılması fonunda gəmi sayının azalması və təmir zavodlarının optimallaşdırılması zərurəti ilə əlaqədar qəbul olunub. Aparılan təhlillər nəticəsində gəmi təmiri ehtiyaclarının qarşılanması üçün iki zavodun kifayət edəcəyi müəyyən edilib.
Bu çərçivədə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun modernləşdirilməsi, həmçinin Bakı Gəmiqayırma Zavodunun mövcud imkanları nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin Bakı Gəmiqayırma Zavoduna köçürülməsi qərara alınıb.
Bildirilib ki, proses zamanı əməkdaşların hüquqları və mövcud iş yerləri tam qorunacaq, onlara uyğun imkanlar yaradılacaq və heç bir ixtisar aparılmayacaq.