BAKI, 19 dekabr. TELEQRAF
Avstraliya hökuməti əhalidən odlu silahların geri alınması proqramına start verəcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Entoni Albanize məlumat verib. Onun sözlərinə görə, son 30 ilin ən genişmiqyaslı dövlət silah geri-alım proqramı milli qanunvericilikdə odlu silahların dövriyyəsini tənzimləyən dəyişikliklər qəbul edildikdən sonra həyata keçiriləcək.
Albanize bildirib ki, proqramın maliyyələşdirilməsi federal hökumət və ştatlar arasında 50:50 nisbətində aparılacaq. Silahların toplanması, emalı və vətəndaşlara ödənişlərin verilməsi isə birbaşa regionların səlahiyyətində olacaq.
Toplanan silahların utilizasiyası ilə Avstraliya Federal Polisi məşğul olacaq.
Qeyd edək ki, daha əvvəl Avstraliya ştat və ərazilərinin hökumət rəhbərləri ölkədə odlu silah dövriyyəsi ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi barədə razılığa gəliblər. Planlara milli odlu silah reyestrinin sürətlə yaradılması, bir şəxsin sahib ola biləcəyi silah sayının məhdudlaşdırılması, müddətsiz lisenziyaların ləğvi və silah əldə etmək üçün Avstraliya vətəndaşlığının məcburi şərt kimi tətbiqi daxildir.
Xatırladaq ki, bir neçə gün əvvəl Sidenydə törədilən terro aktında ata və oğlu 16 nəfəri qətlə yetirmişdi.