BAKI, 18 dekabr. TELEQRAF

Azərbaycana gətirilən və tranzit olunan yüklərin 38-40%-i Çin mənşəlidir.

Teleqraf xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Bakı Limanında aşırılan yüklərin böyük bir hissəsi şərq və qərb ölkələrindən gəlir:

"Türkiyə, İsveçrə, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrlə də ticarət tərəfdaşlığı var. Hazırda bu istiqamətdə də bizim əməkdaşlıq arealımız genişlənir".