BAKI, 18 dekabr. TELEQRAF
"İlin sonuna qədər 8 milyon ton yükaşırma göstəricisi qeyd edəcəyik".
Teleqraf xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, növbəti illər göstəricilər daha yaxşı olacaq:
"2024-cü ildə göstəricilər 76 mindən artıq olmuşdu. Bu ilki göstəricimiz 100 mindən daha artıq olacaq. Bu 2024-cü illə müqayisədə 40 faiz çox artım deməkdir. Gələn il isə bu göstərici 110 və üzəri olacaq".