Avropa İttifaqı liderləri sammitin ilk günü Rusiyanın dondurulmuş aktivləri ilə bağlı ortaq qərar qəbul edə bilməyiblər.

Teleqraf xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin liderləri Qərbdə dondurulmuş Rusiya suveren aktivlərindən istifadə məsələsində razılığa gələ bilməyiblər.

"RİA Novosti"nin məlumatına görə, sammitin ilk gününün yekunlarına dair yayımlanan Aİ bəyanatında bu mövzuya ümumiyyətlə toxunulmayıb. Bildirilir ki, komмюнике birbaşa ikinci fəsildən başlayır və həmin hissə Yaxın Şərqdəki vəziyyətə həsr olunub.

Qeyd edək ki, daha əvvəl Polşanın Baş naziri Donald Tusk Rusiyanın aktivləri ilə bağlı müzakirələrdə guya irəliləyiş əldə olunduğunu açıqlamışdı.