BAKI, 18 dekabr. TELEQRAF

2018-ci ildə Bakı Limanı istifadəyə verilən zaman onun yükaşırma gücü illik 15 milyon ton, o cümlədən 100 teu konteyner qiymətləndirilmişdi. Artıq bu rəqəm 100 mini keçdi.

Teleqraf xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlmasında bildirib:

"Dəmir yolları ilə Bakı Limanın birləşməsi nəticəsində əməliyyat səmərəliliyi gücləndi və əl yükaşırma gücümüz konteyner ekvivalentində 150 min TEU kimi qiymətləndirilir. Müasir dövrdə yükaşırmaların əsas istiqaməti konteynerləşdirilmədir. Bununla əlaqədar Azərbaycan höküməti tərəfindən müvafiq vəsait ayrılıb və bu istiqamətdə iş aparılır. Düşünürük ki yaxında 1-ci faza çərçivəsində Bakı Limanı illik yükaşırma həcmi 260 TEU-ya çatdırılması nəzərdə tutulur".