BAKI, 18 dekabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar siyahısına daha 41 neft tankerini daxil edib.

Teleqraf xəbər verir ki, Aİ Şurasının yayımladığı qərarda bildirilib ki, sözügedən tankerlər Rusiya neftinin daşınmasında iştirak edir.

Beləliklə, müxtəlif dövlətlərin bayraqları altında üzən və Aİ tərəfindən Rusiya neftinin daşınmasına görə qara siyahıya salınan tankerlərin ümumi sayı 550-ni ötüb.

Bu tankerlərin Aİ limanlarına daxil olması və Avropa şirkətlərinin onlara maliyyə və sığorta xidmətləri göstərməsi qadağan edilib.