BAKI, 17 dekabr. TELEQRAF
Ordubadın Kələntərdizə və Qoşadizə kənddaxili avtomobil yolları əsaslı təmir ediləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı Ordubad Rayon İcra Hakimiyyəti “Naxçıvan Yol Təmir Tikinti İstismar" Məhud Məsuliyyətli Cəmiyyəti ( MMC) ilə müqavilə bağlayıb.
Müqavilə şərtlərinə əsasən, görüləcək işlər üçün “Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC- yə 1 milyon 246 min 538 manat ödəniləcək.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Məlumat üçün bildirək ki, “Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. 1400 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi İmanov Hidayət Ədalət oğludur.