BAKI, 17 dekabr. TELEQRAF
"İran və Rusiya yaxın zamanlarda Rəşt-Astara dəmiryolu layihəsinin tikintisi üzrə müqavilə imzalayacaq."
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı üzrə direktor Xuşanq Bazvand mətbuat konfransında məlumat verib.
“Yaxın bir ay ərzində İran nümayəndə heyəti Rusiyaya göndəriləcək və müqavilənin yekun imzalanmasından sonra faktiki olaraq Rəşt-Astara dəmiryolunun tikintisi başlayacaq”, – deyə Bazvand bildirib.
Onun sözlərinə görə, İran tərəfi Rusiyanın layihələndirmə və tikinti təkliflərinin təxminən 70%-ni qəbul edib. Baş podratçı kimi İran İnqilab Keşikçiləri Korpusuna daxil olan “Xatəm-əl-Ənbiya” tikinti şirkəti seçilib.