BAKI, 19 dekabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampı Vaşinqtonun “ən güclü silahı” adlandırıb.

Teleqraf xəbər verir ki, Lukaşenko bu fikri VII ÜmumBelarus Xalq Yığıncağının nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib.

“Sonuncu dəfə ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul ilə görüşdə ona dedim: Trampa çatdır, niyə onun malik olduğu ən güclü silahdan istifadə etmirsiniz? Melaniya Tramp. O, bizim insandır, slavyandır, Sloveniyadandır”, – deyə Lukaşenkonun sözlərini BELTA agentliyi sitat gətirib.

Qeyd edək ki, dekabrın 13-də Donald Tramp və həyat yoldaşı Melaniya Trampın Aleksandr Lukaşenkoya şəxsi məktub ünvanladığı barədə məlumat yayılmışdı.