BAKI, 12 may. TELEQRAF
"Azərbaycan Hava Yolları"nın (AZAL) Pakistan və Hindistana uçuş reysləri bərpa edilir.
AZAL-dan Teleqraf-a verilən məlumata görə Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün qurum sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edir.
Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.