BAKI, 24 aprel. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin aprel ayında ABŞ federal büdcəsinə gömrük rüsumlarından daxilolmalarda əhəmiyyətli artım qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Məlumata görə, mart ayı ilə müqayisədə ABŞ-də gəlirlər 60%-dən çox artıb.

Sıçrayış Tramp administrasiyası tərəfindən qəbul edilən yeni tariflər, o cümlədən polad və alüminium idxalına rüsumların 25% artırılması ilə bağlıdır. İlkin hesablamalara görə, aprel ayında yeni tariflər federal büdcəyə təxminən 15,4 milyard dollar gəlir gətirib.