
BAKI, 12 mart. TELEQRAF
2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3%-ni təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında qərarında deyilir.
Qərarda deyilir ki, son qiymətləndirmələrə görə, 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.