BAKI, 12 mart. TELEQRAF

Gənclər və İdman Nazirliyi Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisi üzrə işlərin satın alınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderiin ehtimal olunan qiyməti 998 min 624 manatdır.

Müsabiqədə iştirak haqqı isə 450 AZN təşkil edir.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 14-dür. Zərfllər də həmin gün açılacaq.