BAKI, 12 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 8,9 milyon manat məbləğində investisiya yönəldilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz azdır.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olub. İstifadə olunmuş investisiyanın 1050,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 1422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil edib Əsas kapitala yönəldilmiş investisiyaların 1558,0 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.