BAKI, 12 mart. TELEQRAF

2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,4 faiz təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil edib.