BAKI, 12 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında istehlakçılara 118,4 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

Ötən iki ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları alınmasına sərf olunub.