
BAKI, 12 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında istehlakçılara 523,1 milyon manatlıq avtomobil benzini və dizel yanacaq satılıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.
Ötən iki ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 faiz avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.