BAKI, 10 mart. TELEQRAF

ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-ci illər üçün dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Administrasiya 2025-ci ildə dünyada gündəlik neft hasilatının orta hesabla 104.17 milyon barel səviyyəsində olacağını proqnozlaşdırıb. EIA cari ildə illik hasilatIN orta hesabla 38 milyard 22.05 milyon barel olacaq.

Administrasiyanın hesabatına görə, 2026-cı ildə dünya üzrə gündəlik hasilat 105.78 milyon barel səviyyəsində olacaq. Bu göstəriciyə görə, növbəti il dünayda illik hasilat 38 milyard 609.7 milyon barel təşkil edəcək.

EIA-nın hesabatına görə, bu il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 2025-ci ildə 32.34 milyon, 2026-cı ildə isə 32.69 milyon olacaq. Bu göstərici qeyri-OPEC ölkələri üzrə 2025-ci ildə gündəlik 71.82 milyon, 2026-cı ildə isə 73.09 milyon barel təşkil edəcək.

Qeyd edək ki, administrasiya 2024-cü ildə neft və digər maye karbohidrogenlərin dünya üzrə hasilatının gündəlik 102.78 milyon barel səviyyəsində olduğunu qeyd edib.